Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Həm daxili, həm xarici siyasətində nümunəvi Prezidentimiz

0

  • Aprelin 29-da
    ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda
    beynəlxalq konfrans keçirilib. Konfransda Prezidentimiz Cənab İlham Əliyev və
    eyni zamanda Azərbaycana 23 ölkədən gəlmiş 40 nəfər xarici qonaqlar iştirak
    etdilər.

    ADA
    Universitetinin rektoru, səfir Hafiz Paşayev Cənab Prezidentə bildirdi ki,
    konfransdan əvvəl xarici qonaqlar Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə
    səfər etdilər. Yolda olarkən, onlar azad edilmiş Qrabağda bir sıra mühüm yenidənqurma
    və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə
    tanış ola bildilər. Xarici qonaqlar işğaldan azad edilmiş torpaqlarımızda sürətlə
    aparılan yenidənqurma işlərinə heyranlıqlarını ifadə etdilər. Səfər zamanı qonaqlarımız,
    həmçinin erməni işğalından sonra miras qalan bəzi barbar dağıntıları görə
    bildilər.

    Konfransda
    geniş nitq söyləyən ölkə başçısı qonaqlara Şuşa səfərinin onlar üçün maraqlı səfər
    olduğuna əminliyini bildirdi. Qeyd etdi ki, Hesab edirəm ki, gördükləriniz 30
    illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi
    dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın
    törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və
    şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda,
    məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan
    hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata
    keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.

          İsveçrənin Təhlükəsizlik Siyasəti üzrə
    Cenevrə Mərkəzinin diplomatik dialoq üzrə baş müşavir və direktor müavini
    Aleksandra Matas, öz ictimaiyyətinizi, əhalinizi sülhə necə hazırlayırsınız?
    Digər tərəfin düşmənçiliyə əsaslanan bir çox rəyləri var. Bu, anlaşılan vəziyyətdir.
    Həmin rəylərin aradan qaldırılması yolları hansılardır? Qonşunuzla barışmaq və
    dayanıqlı sülhü qurmaq yolları nədən ibarətdir? suallarını Cənab Prezidentimizə
    ünvanladı.

            Sülh və qarşılıqlı fəaliyyət üçün bu
    sualın çox vacib olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, biz
    heç bir zərər vurmadığımız insanlarda bu qədər ədavət dərəcəsini təsəvvür edə
    bilməzdik, çünki biz Şuşada, Xankəndində və digər yerlərdə yanaşı yaşamışıq və
    heç vaxt öz tərəfimizdən düşmənçilik etməmişik. Şəhərlərin yerlə-yeksan
    olunması, meyitlərin qazılıb qəbirlərdən çıxarılması kimi bu cür nifrət
    inanılmazdır. Təsəvvür etmək mümkün deyil. Əgər bunu mən hiss etmişəmsə, onda
    görün öz yaxınlarını itirmiş şəxslər nə etsin. Mən onların ağrısını anlayıram,
    onu bölüşürəm. Şəxsən özüm də vəhşilikləri və barbarlığı heç zaman yaddan
    çıxarmayacağam. Çıxara bilməyəcəyəm və yaddan çıxarmaq da istəmirəm. Çünki biz
    bunu xatırlamalıyıq. Çünki bu, faciəli tariximizin bir hissəsidir. Hesab edirəm
    ki, Azərbaycan cəmiyyəti sülh haqqında danışdıqda məni anlayacaq. Anlayıram ki,
    bu, asan deyil. Lakin bizə digər müharibə lazım deyil və biz özümüzü Ermənistanın
    hər hansı revanş risklərindən qorumalıyıq. Bu səbəbdən, bir tərəfdən biz yaddan
    çıxarmalı deyilik, digər tərəfdən isə, biz ordumuzu gücləndirməli və müasirləşdirməliyik.
    Eyni zamanda, biz paralel olaraq cəmiyyəti hazırlamalıyıq. İnsanlar, jurnalistlər
    və ziyalılar arasında təmasların qurulmasına dair mənim təklifim buna yönəlir.
    Sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ
    yoxdur, alternativ daha pisdir.

    Qarabağın
    tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və
    inkişaf mərhələlərinə aid çağırışlar forumda müzakirə olunub.

    Mən Azərbaycan
    Respublikasının vətəndaşı olaraq Prezidentimizin rəhbərliyi ilə keçirilən
    konfransdan qürur hissi duyuram. Prezidentimizin güclü siyasətini bəyənir və dəstəkləyirəm.


    Dünyada Azərbaycanı
    tanıdan və dünya səviyyəli konfranslarda ölkəmizi öndə aparan Cənab
    Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. 

    Nəzakət
    Əliyeva,

    Xocalı
    rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib51 dəfə
    Həm daxili həm xarici siyasətində nümunəvi Prezidentimiz

    Maraqlı gələ bilər
    110
    0
    95
    42
    48